AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyevin “Nəsimi kəlamının işığında (Azərbaycan elm və mədəniyyət xadimlərinin Suriya səfərindən notlar)” kitabı işıq üzü görüb.
2008-ci ilin sonlarında Azərbaycan elm və mədəniyyət xadimlərinin nümayəndə heyəti Suriyada olmuş, Hələb şəhərində dahi şairimiz İmadəddin Nəsiminin qəbrini ziyarət etmiş, Birinci Azərbaycan-Suriya Beynəlxalq Nəsimi konfransının işində iştirak ediblər.
Kitab müəllifin həmin səfəri haqqında yol qeydləri, konfransda oxuduğu məruzə və s. materiallar əsasında hazırlanıb.