Varşava müqaviləsi və SSRİ dağılandan sonra beynəlxalq aləmdə gedən proseslərdə əsas məsuliyyəti Qərb-Avropa daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
N.Məmmədov deyib ki, Qərbin-Avropanın rəhbərləri atdıqları addımların, həyata keçirdikləri siyasətin hansı nəticələri olacağını ətraflı, dərindən düşünməlidirlər: “Çox təəssüf ki, hələlik belə deyil”.