Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclasında qurumun icraçı direktoru Vüqar Səfərli Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət, hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsini təklif edib.
SalamNews xəbər verir ki, təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilib. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim olunub. Müzakirədən sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu təsdiq ediblər.
Qaliblər üçün 1000 manat, həvəsləndirici yerlər üçün isə 300 manat məbləğində mükafatların verilməsi barədə qərar qəbul olunub.
– See more at: http://salamnews.org/az/news/read/114101#sthash.7kRulXB8.dpuf