“Hələ hamımız fəaliyyət göstəririk. İşimizin dayandırılması gözlənilmir. Sadəcə dekabrın axırı, yanvarın əvvəllərində struktur dəyişikliyi gözlənilir. “Novosti- Azərbaycan” ölkədaxili qurumdur, o öz işini davam etdirəcək”.
Bunu Modern.az-a açıqlamasında “RİA Novosti”nin Azərbaycandakı təmsilçidi “Novosti-Azərbaycan” informasiya agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” informasiya agentliyinin ləğv edilməsi haqda fərman imzalayıb. Fərmana görə “RİA Novosti”nin yerinə “Rusiya bu gün” beynəlxalq informasiya agentliyi yaradılacaq.