İnformasiya səfərbərliyi. «Amerikanın səsi» nəyə görə rus dilində radio yayımını dayandırır?

Məhz soyuq müharibə illərində yaradılan sxemlərin əksəriyyəti müasir dövrdə İraqda və Əfqanıstanda öz tətbiqini tapdı. Beləliklə, 70-ci illərin ortalarında radiostansiyanın yenidən qurulması nəticəsində o, hökumət müəssisəsi statusundan məhrum edilmişdi. Bundan sonra «Amerikanın səsi» beynəlxalq etiketə riayət etməyə bilərdi, bu etiketə əsasən isə, bir ölkə başqa bir dövlətin işinə qarışa bilməzdi. Jurnalistlər isə, nəinki xəbərləri səsləndirmək və ABŞ hökumətinin mövqeyini açıqlamaq, həm də öz şəxsi fikirlərini dinləyicilərlə bölüşmək hüququ qazandılar.
SSRİ-də bu yeniliyi qiymətləndirdilər – 80-cı illərin ortalarında keçirilən sosioloji tədqiqatlar göstərdi ki, «Amerikanın səsi»nə hər gün otuz milyona yaxın sovet dinləyicisi qulaq asır. Sovet İttifaqının süqutundan sonra «Amerikanın səsi» yayımının həcmini kəskin surətdə azaltdı. Hal-hazırda onun proqramlarını sutka ərzində yalnız üç saat qəbul etmək olar və bunun da bir saatı dünənkinin təkrarına ayrılır. 2007-ci ildə rus dilində yayım tamamilə dayandırılacaq. Bunu radiostansiyanın maliyyələşməsini həyata keçirən Amerikanın hökumət təşkilatı olan Yayımın idarə şurasının (Broadcasting Board of Governors) rəsmi press-relizindən görmək olar. Alban, Bosniya, Makedoniya, Serb redaksiyaları da ixtisara düşəcək, hindi dilində radio yayımı dayandırılacaq. Bununla belə, bu dillərdə teleproqramların yayımı davam edəcək. «Amerikanın səsi»nin proqramm siyasətindəki dəyişikliklər maliyyə qıtlığı ilə bağlı deyil. «Broadcasting & Cable»nin açıqlamasına görə, «Amerikanın səsi»nin proqramm şəbəkəsindəki dəyişikliklər prioritetlərin dəyişməsi ilə izah olunur – yayımçı soyuq müharibə alətindən beynəlxalq terrorizmə qarşı mübarizə vasitəsinə çevrilir. Dəyişikliklər nəticəsində artıq qalan vəsaitlər yayımın Yaxın Şərq ölkələrinə genişləndirilməsinə yönəldiləcəkdir. İndi xaricə yayımın beynəlxalq terrorizmlə mübarizədə effektivliyi əsas fəsad təşkil edir. Müsəlmanlar «düşmənlərin səslərinə» bir zaman sosialist ölkələrinin onların özlərinə qulaq asdıqları kimi diqqətlə qulaq asacaqlarmı? Yoxsa Avropa və Amerika əbəs yerə pul xərcləyirlər?

Andrey Lomkin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO