Müdafiə Nazirliyinə məxsus “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən azad edilərək istefaya göndərilib.
Trend xəbər verir ki, bununla bağlı müvafiq əmr müdafiə naziri polkovnik-leytenant Zakir Həsənov tərəfindən hələ yanvarın 30-da imzalanıb. Əmrdə qəzetin baş redaktorunun xəstəliyi ilə əlaqədar vəzifəsindən azad edilərək ehtiyata göndərildiyi bildirilir.
Hələlik qəzetin baş redaktoru vəzifəsinə təyinat olmayıb.
Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, polkovnik-leytenant İ.Rüstəmov bir müddət əvvəl hərbi hospitalda müalicə olunurdu.
Modern.az