Nazim Məmmədov “Olaylar” qəzetindən təkzib istəyir

«Olaylar»a müraciət edən Bakı şəhər sakini Elmir Məhərrəmov deyib ki, guya, klinikanın yerləşdiyi Nizami rayonu, Balakişiyev küçəsi 61 saylı ünvanda onun 2003-cü ildə 3 otaqlı evi olub. Məsələyə münasibət bildirən sabiq deputat deyib ki, 2004-cü ildən həmin qeyri-yaşayış sahəsini alıb: «Mən həmin yeri notarial qaydada Vəliyev Əli Allahyar oğlundan almşam. Onu da bildirim ki, həmin şəxs mənə qədər bu yeri özəlləşdirmişdi. Lakin mən orada təmir işləri apararkən bir neçə adam, o cümlədən Elmir Məhərrəmov da yaxınlaşıb o yerə iddialı olduqlarını bildirdilər. Məndən əvvəl məsələ Əmlak Komitəsi ilə rayon İcra Hakimiyyəti arasında ciddi mübahisəyə səbəb olubmuş. Məhkəmə olub. Məlum oldu ki, İcra Hakimiyyəti həmin yerin orderini bir neçə adama veribmiş. Amma elə mənə qədər Əli Vəliyev məsələni qanuni yolla həll edə bilib. Bizim araşdırmalarımızdan sonra bəlli oldu ki, Elmir Məhərrəmova nə vaxtsa Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən hazırda klinikanın yerləşdiyi, əvvəllər isə bağça olmuş mənzillərin birinə qanunsuz olaraq order verilib. Sonradan məhkəmin qərarı ilə bina qeyri-yaşayış sahəsi olduğu üçün Əmlak Komitəsinə verilib. Fiziki şəxs Vəliyev Əli Allahyar oğlu isə bu mülkü özəlləşdirib. Mən isə bu binanı fiziki şəxs olaraq ondan almışam. Ona görə də, Məhərrəmovun ittihamlarının hər hansı hüquqi əsası yoxdur».
N.Məmmdəovun sözlərinə görə, o, insanlığı nəzərə alaraq Elmir Məhərrəmova müxtəlif vaxtlarda pul verib. Belə ki, 2004-cü ildə E.Məhərrəmov Nazim Məmmədov binanı təmir etdirərkən onunla görüşüb və vəziyyətinin ağır olması səbəbindən halallıq istəyib. Nazim Məmmədov da ona bir insan kimi yardım göstərib: “Amma sonralar onunla bağlı məhkəməyə müraciət etdim. Məhkəmə xeyimə qərar çıxardı, qərarda Elmir Məhərrəmova verdiyim pulların geri qaytarılması da əks olundu. Ancaq onun yenidən yanıma gələrək yalvarmasından sonra həmin vəsaitdən könüllü imtina etdim».
İndi bu məsələnin gündəmə gətirilməsini qərəz kimi qiymətləndirən sabiq deputat məsələ ilə bağlı öncə Mətbuat Şurasına müraciət edəcəyini və qəzetdən təkzib istəyəcəyini deyib: “Arzu edərdim ki, məsələ məhkəməyə qədər gerib çıxmasın. Ancaq getsə belə, bu, mənim təqsirimdən olmayacaq”.
”Olaylar” qəzetinin redaktoru Elman Cəfərli isə deyib ki, məsələni araşdırırlar və sabah öz mövqelərini bildirəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO