Nərgiz Paşayeva anası haqda kitabları kitabxanaya hədiyyə etdi

M.V.Lomonasov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva daha bir xoşməramlı addım atıb. O, Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabını, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsini və “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materiallarının dərc edildiyi kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO