Azərbaycan televiziyalarının dövlət nəzarətində olduğu üçün ictimai məsələlərin işıqlandırılmaması ölkə gənclərini müxtəlif media orqanları yaratmağa sövq edib.
SalamNews-un məlumatına görə, müstəqil gənclərin yeni alternativ televiziya layihəsinə start verilib. MEYDAN adlı layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda ədalətli və azad bir cəmiyyətin yaradılmasıdır. MEYDAN TV əsasən online internet tv olacaq və əgər maddi vəsait yığılarsa peyk vasitəsilə, “Türksat” peyki üzərindən yayımlanacaq.
Layihədə siyasi-ictimai debatlar, məlumatlar, əyləncə xarakterli, düşündürücü verilişlərin yayımlanması gözlənilir. Layihənin təşəbbüskarları Azərbaycan xalqına müraciət ediblər: “Bu layihəyə dəstəyinizi müxtəlif miqdarda, heç bir limit olmadan aşağıdakı hesablara göndərə bilərsiniz”.
MEYDAN TV layihəsinin təşəbbüskarları ianələr üçün Almaniyanın Postbankında hesab açıblar.