Müsəlmanlar üçün ilk federal telekanal “Əl-RTV” yayıma başlayıb

Al-rtv.ru saytında müsəlmanlar haqqında və xüsusən onlar üçün ilk federal telekanalın İnternetdəki sınaqları başa çatıb və telekanal tam gücü ilə 24 saatlıq yayıma başlayıb.

SalamNews-un xəbərinə görə, tamaşaçılar telekanalın efirində görkəmli İslam xadimləri, mədəniyyət, elm, təhsil nümayəndələri, siyasi və ictimai xadimlərlə söhbəti dinləyə biləcək, Rusiya müsəlmanlarının həyatı haqqında məlumat toplusu ilə tanış ola biləcək, müsəlman ölkələrinə qiyabi səyahət edə biləcək, dini və mədəni-maarifləndirici verilişlər, bədii və sənədli filmlər izləyə biləcəklər.

“İnternet şəbəkəsindəki yayımla Rusiya İslam televiziyasının yaranmasında ilk və mühüm addım atılıb. İn şa Allah, bir müddət sonra peyk və kabel televiziyası vasitəsilə verilişlərimizin yayımına başlayacağıq. Tənqid və təkliflərinizi channel@al-rtv.ru ünvanında gözləyirik. Tezliklə bizi Facebook və Twitter-də də görə biləcəksiniz.”, – telekanalın yaydığı press-relizdə belə deyilir.

Bildirək ki, Əl-RTV-yə məşhur jurnalist Rüstəm Arifcanov rəhbərlik edir. Telekanal, onun qurulmasının vacibliyini bildirən Dmitriy Medvedyevin təşəbbüsü ilə yaradılıb.

– See more at: http://salamnews.org/az/news/read/92006/muumlselmanlar-uumlccediluumln-ilk-federal-telekanal-ldquoel-rtvrdquo-yayima-bashlayib/#sthash.0TSDnod8.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO