Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclasında ANS müstəqil yayım və media şirkətinə xəbərdarlıq elan edilib.
SalamNews MTRŞ-dən aldığı məlumata istinadla xəbər verir ki, iclasda ANS müstəqil yayım və media şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
Yanvarın 10-da saat 16.30-da ANS telekanalında yayımlanan “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən ANS müstəqil yayım və media şirkətinə xəbərdarlıq elan olunub.
– See more at: http://salamnews.org/az/news/read/110161#sthash.dHlnnT8w.dpuf