Milli Televiziya və Radio Şurası “Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət” mövzusunda elmi-nəzəri konfrans təşkil ediləcək. Qurumdan Modern.az-a verilən məlumata görə, konfransda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmov, İctimai Televiziya və Radio Yayım Şirkətinin baş direktoru İsmayıl Ömərov iştirak edəcək.
Həmçinin Milli Məclisdən, jurnalist birliklərindən, QHT-lərdən , xəbər agentlikləri və mətbuatdan olan nümayəndələrin də iştirakı gözlənilir. Elmi-nəzəri konfransda elektron medianın dövlət tərəfindən tənzimlənməsi, elektron mediaya ictimai nəzarətin zəruriliyi kimi məsələlər müzakirə ediləcək. Qeyd edək ki, konfrans aprelin 21-də Milli Televiziya və Radio Şurasının inzibati binasında baş tutacaq.
Modern.az