MTRŞ sədri: “Digər telekanallara da xəbərdarlıq oluna bilər”

Yaxın vaxtlarda digər televiziya kanallarında da pozuntular aşkar olunarsa, həmin kanallara qarşı da sərt tədbirlər görüləcək. Bu barədə Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, verilişlərin verilmə vaxtında da ciddi nöqsanlara rast gəlinir, məhz ANS və ATV kanallarına edilən xəbərdarlıq da verilişlərin verilmə vaxtı ilə bağlıdır:

“Qanunvericilikdə göstərilir ki, uşaqlarla bağlı verilişlər uşaqların yata bildiyi vaxtdan əvvəl, yəni saat 9-11-ə qədər verilməlidir. Uşaq verilişlərinin səhər tezdən, da ki, uşaqların yataq vaxtından sonra verilməsi kanalların öz işidir. Çox istərdik ki, hər bir veriliş öz auditoriyasına uyğun vaxtda verilsin. Təbii ki, hər bir veriliş öz vaxtında göstərilməlidir. Televiziya kanallarının proqram siyasətini, verilişlərin nə vaxt göstərilməsini kanallar özləri müəyyənləşdirir. Bu, onların öz daxili işləridir, amma çox istərdik ki, intellektual, tarixi, cəmiyyəti maraqlandıran verilişlər daha çox insanların televiziya qarşısında olduğu zaman verilsin”.

N. Məhərrəmli qeyd edib ki, kanallar şou xarakterli verilişləri pik vaxtda verirlər: “Təəssüf ki, bəzən telekanallar reytinq dalınca qaçaraq şou xarakterli, milli mənəvi dəyərlərimizə zidd olan verilişləri “prime-time” vaxtında yerləşdirirlər, sanki bununla da işlərini bitmiş hesab edirlər. Təbii ki, bu, düzgün hal deyil. Elə ANS və ATV telekanallarına olunan müraciət də milli-mənəvi dəyərlərimizə uyğun olmayan verilişlərin əsas vaxtda verilməsi ilə bağlıdır. Belə verilişlər ən azından gecə saat 11-dən sonra müzakirə olunmalıdır. Bu məsələ ilə bağlı hər iki telekanala ciddi şəkildə xəbərdarlıq edildi, əgər o biri kanallarda da belə hallar müşahidə olunarsa, gələcəkdə onlara qarşı da sərt tədbirlər görüləcək”, – deyə N. Məhərrəmli qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO