Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü ətrafında disskusiya
Azərbaycan Mətbuat Şurasında (MŞ) Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı “dəyirmi masa” keçirilib.
Simsar.az-ın məlumatına görə, ölkənin nüfuzlu media qurumlarının, jurnalist birlikləri nümayəndələrinin, ekspertlərin və KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə Azərbaycan jurnalistikasının hazırkı vəziyyəti, problemləri və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ildən etibarən qeyd edilir. Bununla bağlı qərar həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində qəbul olunub.