Bu gün saat 12.00-da Azərbaycan Mətbuat Şurasında “Mətbuat yayımı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Şuranın təşəbbüsü ilə baş tutacaq tədbirdə MŞ İdarə Heyəti üzvlərinin, ölkənin aparıcı yayım firmalarının və KİV rəhbərlərinin, tanınmış media ekspertlərinin iştirakı nəzərdə tutulur.
Toplantıda Azərbaycanda qəzet və jurnalların yayım vəziyyəti müzakirə olunacaq, həmçinin, mövcud sahədəki problemlərin aradan qaldırılmasına dair fikir mübadilələri aparılacaq.
Xəbər xidməti