Azərbaycan Mətbuat Şurasında 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı Dəyirmi Masa keçiriləcək.
Ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının, jurnalist birlikləri nümayəndələrinin, ekspertlərin qatılacağı tədbir həmin gün saat 12.00-da baş tutacaq. Toplantıda Azərbaycan jurnalistikasının hazırkı durumu, problemləri və perspektiv vəzifələri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində bununla bağlı qərara gəlinib. Onu da bildirək ki, dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub.