AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan yığmasını qəbul edəcək Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqinin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimizin sabah – sentyabrın 4-də, saat 18:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək məşqinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Azərbaycan – Qazaxıstan oyunu ərəfəsində millimizin məşqçi və futbolçularının mətbuat konfransı, əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 5-də, saat 12:30-da, Aeroport oteldə keçiriləcək.