Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi müqəddəs Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir.
Müsəlman dünyasına ünvanlanan təbrikdə Qurani-Kərimin yer üzünə nazil olduğu bu ayın kəramətindən onların hamısına pay düşməsi, dünya xalqlarının sülh şəraitində yaşaması, Qarabağ münaqişəsinin ədalətli həlli arzu olunur.