Moskvada keçirilən erməni tədbirinə Azərbaycanlı jurnalistlər buraxılmayıblar

Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evində kecirilən, erməni diasporunun təşkil etdiyi “1988-ci il Sumqayıt hadisələrinin qurbanlarının anım tədbiri” mərasiminə jurnalist kimi qatılmaq istəsək də, buna nail ola bilmədik.

SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, bir saat əvvəldən tədbirin kecirildiyi məkan xüsusi təyinatlı polis qüvvələri tərəfindən nəzarətə götürlüb. Tədbirin başlamasına yaxın Mərkəzi Ədəbiyyatçılar Evinə girib, tədbirin keciriləcəyi zala kecmək istədik. Ancaq içəridə gördüklərimiz bayırda baş verənlərdən fəriqlənmirdi. Hər zala girəcək qapılar önundə 3 və ya 4 polis əməkdaşı dayanmışdı. Təşkilatçılar isə şəxsən tanımadığı hec bir kəsi zala buraxmırdı.

Təhlukəsizlik xidməti və Moskva meriyasının nümayəndələri bizə yaxınlaşaraq tədbirə qatılmamağı və binanı tərk etməyimizi xaiş etdilər. Səbəb kimi “Anım mərasimi”ndə yalnız ermənilərin iştirak edəcəyini bildirdilər.

Əraziyə xüsusi təyinatlı polsi bölmələrinin çağırılmasını isə sosial şəbəkələrdə yayımlanan Azərbaycan və Ermənistan gəncləri arasında baş verə biləcək qarşıdurma ehtimali və Fransa Milli Assambleyasında ermənilərin Sumqayıtdakı hadisələrin ildönümü üçün keçirdikləri tədbirdə iştirak edən iki azərbaycanlının fransız deputatların iştirakı ilə ermənilər tərəfindən vəhşicəsinə döyülüməsi olub.

Nəzərinizə çatdıraq ki, Rusiya Erməni İttifaqının saytında bir müddət əvvəl bu tədbirin anonsu ”Artsax”ın müstəqillik hərəkatının 25 illiyi” adı ilə təqdim edilsə də, dünəndən tədbirin adı dəyişdirilərək, “1988-ci ildə Sumqayıt hadisələrinin qurbanlarınən xatirəsinə anım” kimi qeyd olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO