Estoniyanın məşhur gundəlik rusdilli qəzeti olan “Molodyoj Estonii” müflislik prosesinin başlandığını elan edib. Bu barədə İnterfaks xəbər yayıb.
Qəzetin baş redaktoru Rodion Denisovun sözlərinə görə, təsisçi məhkəməyə muflisliyin başlandığı haqqında ərizə vermək qərarına gəlib. Sözügedən prosedur çərçivəsində ilk məhkəmə iclası iyunun 26-da keçirilməlidir.
İnterfaksın məlumatına görə, “Molodyoj Estonii ” qəzeti Estoniyanın köhnə rusdilli qəzetlərindən sayılır. Bu ilin iyulun 15-də qəzetin 50 yaşı tamam olacaqdı. Maliyyə böhranı səbəbindən qəzet son dövrlər iqtisadi çətinliklər şəraitində işləyirdi.
Bu il aprelin sonlarında qəzet öz fəaliyyətini dayandırmışdı. Baş redaktor o zaman bunu reklam bazarının zəifləməsi ilə əlaqələndirmişdi.
İnterfaks həmçinin bildirir ki, Estoniyada bu qəzetin mümkün bağlanacağından sonra orada rus dilində yalnız bir qəzet – Postimees qəzetinin rusdilli variantı fəaliyyət göstərəcək. Düzdür, Estoniyada bir neçə rusdilli qəzet çap olunur, lakin onların tirajı azdır.
www.lenta.ru