Jurnalist Razi Abasbəyli daxili işlər naziri Ramil Usubova müraciət edib. Modern.az-ın məlumatına görə, R.Abasbəyli müraciətində oktyabrın 28-də Bakı şəhəri Səbayel rayonu, Badamdar qəsəbəsində kirayədə yaşadığı mənzildən ailəsinə məxsus qızıl-zinyət əşyalarının oğurlanması faktı ilə bağlı polis əməkdaşlarının göstərdikləri yüksək operativlik və peşəkar yanaşma ilə bağlı təşəkkür edib.
“Cənab nazir, mən uzun illərdir ki, Azərbaycan jurnalistikasında fəaliyyət göstərirəm. Sosial durumum demək olar ki, aztəminatlı ailələr statusundadır. Oktybar ayının 28-də mənim mənzilimdən olan oğurluq faktı, ailəmin onsuz da ağır olan sosial vəziyyətini bir qədər də ağırlaşdırdı.
Mənzilimdən olan oğurluqla bağlı olaraq oktyabrın 29-da Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Ərazi üzrə hadisə yerinə gələn polis əməkdaşları mənzilimə baxış keçirdilər. Qonşuların şahid ifadələri dinlənildi. Şahid ifadələrindən də məlum olurdu ki, mənzilimizdən oğurluq edən 3 nəfərdən ibarət dilənçi qadınlar olublar. Bununla əlaqədar olaraq çox operativ şəkildə qonşuların fərdi mənzilində quraşdırılmış video kameralardakı görüntülər çıxarıldı”.
R.Abasbəyli bildirib ki, polis əməkdaşlarının bu prossesə yüksək səviyyədə qoşulmaları və aparılan istintaq hərəkətlərindəki hər an yeniliklərin və cinayətkarların tutulma ehtimalının artması onu sevindirir.
“Amma, bu gün ailəmin yeganə güvənci olan və dəyəri təxmini cəmi 3550 manat olan qızıl-zinyət əşyalarının geri qaytarılma ehtimalının hər keçən gün azalması məni çox narahat edir”.
R.abasbəyli bildidib ki, mənzilindən oğurlanan o qədər də çox olmayan qızıl-zinyət əşyaları ailəsi üçün çox dəyərlidir.
“Narahatam ki, zaman keçdikcə mənim illər uzunu qəpik-qəpik topladığım o əşyaları geri qaytarmaq çətin olsun. Bu səbəbdən də sizə müraciət edərək, bu cinayətin isti izlərlə açılmasında şəxsən diqqət ayırmanızı rica edirəm”.