Bu il iyulun 6-da 48 yaşında vəfat etmiş M.Nazimoğlu ölkənin ilk müstəqil nəşrlərindən olan «Aydınlıq» qəzetinin yaradıcılarındandır. «Xalq qəzeti»nin baş redaktor müavini, «Ulus» qəzetinin baş redaktoru, «Avropa», «Yeni Müsavat», «Azadlıq», «Şans», «Gün səhər» qəzetlərinin, «525-ci qəzet»in yazarı, ANS telekanalında efirə gedən «Qulp» verilişinin müəlliflərindən olub. Son vaxtlar Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru kimi fəaliyyət göstərirdi. Ölümündən sonra Söz Azadlığını Müdafiə Fonduna M.Nazimoğlunun adı verilib.
«Media forum»