Məlumata görə, Mübarəkin bu qərarı ölkədəki söz azadlığının müdafiəsinə yönəlib. Qeyd edək ki, hökmün sentyabrın sonlarında çıxarılmasına baxmayaraq, jurnalist həbs olunmamışdır. Eys prezidentin addımını müsbət qarşılasa da, deyib ki, Misir peşəkar fəaliyyətlərinə görə jurnalistlərin həbs olunduğu ölkələrdəndir.
Xatırladaq ki, jurnalist 80 yaşlı prezidentin səhhəti ilə bağlı şaiyələri dərc etdirməklə dövlətin maraqlarına zərər vurmaqda təqsirləndirilirdi. Belə ki, materialların dərcindən sonra, siyasi sabitsizlikdən ehtiyat edən xarici səhmdarlar ölkədən 350 milyondan artıq dolları çıxarıblar.
Mənbə: lenta.ru