Mirşahinin xanımı ANS-də “Xəbərçi”nin aparıcısı oldu

ANS telekanalında “Xəbərçi” informasiya proqramının gündüz buraxılışlarının aparıcısı dəyişib. Modern.az saytının məlumatına görə, “Xəbərçi”nin saat 12.00, 15.00 və 18.00 buraxılışıarına aparıcılığı ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin xanımı Səbinə Heydərova edib.

Qeyd edək ki, Səbinə Heydərova bundan əvvəl ANS-in “İç xəbər” proqramının aparıcısı olub.

Səbinə xanım Mirşahin Ağayevlə 2011-ci ilin avqustunda ailə qurub. 2012-ci ilin mayında onların bir qızı dünyaya gəlib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO