Məhkəmədə iddiaçını vəkil Altay Muradov, cavabdeh Ramazan Mütəllibovu vəkil Ədalət Sadıqov, Baş Dövlət Yol Polisi İdarəsinin hüquqlarını Faiq Əliyev, AzTV telekanalının nümayəndəsi Sədrəddin İsgəndərov müdafiə edir.
Qeyd edək ki, yol polisi müntəzəm surətdə AzTv telekanalında Ramazan Mütəllibovun şərhləri ilə yol hərəkatı qaydalarının pozulmasına dair süjetlər nümayiş etdirir. Belə süjetlərdən birində Bəxtiyar Əliyevin avtomobili göstərilib ki, bunu da millət vəkili şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirib və məhkəməyə müraciət edib.
Mənbə: day.az