Bu gün Milli Televiziya və Radio Şurasının növbəti icalasının keçirilməsi gözlənilir.
SalаmNews-un xəbərinə görə, bu barədə şuranın sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
O deyib ki, iclas mayın 1-də qəbul olunmuş qadağaya baxmayaraq, yerli kanallarda xarici serialların yayımlanmasının davam etdirilməsi məsələsinə həsr olunacaq.
Bildirək ki, qadağa qüvvəyə mindikdən sonra yerli kanalllarda azərbaycanlı kinomatoqrafçılar tərəfindən çəkilən seriallar yayımlanmağa başlayıb.