Oktyabrın 15-dən Milli Məclisin payız sessiyası başlayacaq. Parlamentin payız sessiyasında istər komitələrin iclaslarında, istərsə də plenar iclaslarda iştirak etmək üçün jurnalistlərin akreditasiyasına başlanılıb. Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. O qeyd edib ki, redaksiyalardan artıq məktublar gəlir.
“Milli Məclisdə jurnalistlərin akreditasiyası üçün məktubların qəbulu sentyabrın 15-ə qədər davam edəcək”.