“Jurnalistlərin Milli Məclisdə məlumatları operativ ötürmələri üçün artıq kompüter otağında əlavə kompüterlər quraşdırılıb”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
O, qeyd edib ki, otaqda kompüterlərin sayı 14-ə çatdırılıb. “Artıq jurnalistlər bütün məlumatları sərbəst şəkildə istədikləri kimi ötürə biləcəklər. Otaqda texniki məsələlər başa çatmaq üzrədir və gələcəkdə ehtiyac yaranarsa yeni kompüterlər də quraşdırıla bilər. Lakin fikrimcə, buna ehtiyac qalmayacaq. Ümumiyyətlə, jurnalistlərin operativ məlumatları ötürmələri üçün istər plenar iclaslarda, istər komitə iclaslarında, istərsə də Milli Məclisin digər tədbirlərində onlara hərtərəfli şərait yaradılacaq”, – deyə A. Təvəkküloğlu vurğulayıb.