Bu gün Milli Kitabxanada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirilib.
SalamNews xəbər verir ki, həmçinin Mədəniyyət və Turizm Nazirliyi və Respublika Milli Kitabxanasının birgə təşkiklatçılığı ilə yubileylə əlaqədar kitab sərgisi və “Azərbaycanın dövlət müstəqillyyinin bərpasınin 20-ci illiyi” adlı elektron biblioqrafik göstərcisinin təqdimat mərasimi olub.
Milli kitabxananın direktor Kərim Tahirov bildirib ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan çox dinamik inkişaf edir və ölkənin uğurları gündən-günə artır.
Milli Məclisin deputatları Aydin Mirzəzadə, Tahir Rzayev və Azər Badamov tədbirdə iştirak ediblər.