Milli Ensiklopediyanın “A ” hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal Milli Ensiklopediyanın “A” hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb. Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumata verilib. Yaxın günlərdə I cild oxuculara təqdim ediləcək. “Şərq-Qərb” nəşriyyatında çap olunacaq ilk 25 min nüsxə pulsuz olaraq kitabxanalara və digər təşkilatlara paylanacaq. Kitabın abunə variantı (10 min nüsxə) isə Almaniyada nəşr olunacaq. 25 cilddə nəşrə hazırlanan Milli Ensiklopediyanın I cildinə 4281, II cildinə 4000 söz daxil edilib.
Çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildi üzərində paralel işlərin aparılması məqsədilə “B” hərfi ilə başlayan terminlərin ümumi sözlüyü hazırlanıb və redaksiyalar tərəfindən “B” hərfinə aid məqalələrin bir qismi tərtib edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO