Məhkəməyə «Bizim yol» qəzeti əməkdaşının cəzadan azad olunması müraciəti göndərilib

İsaxan Aşurovun sözlərinə görə, 2 saylı islah-əmək müəssisəsində saxlanılan Müşviq Hüseynovun səhhəti pisləşib və bu səbəbdən məhkəmə Azərbaycan Cinayət Məcəlləsinin 78-ci maddəsinə (xəstəliklə bağlı cəzadan azad etmə) müvafiq qərar çıxara bilər.

Xatırladaq ki, 21 yanvar 2008-ci il tarixində Ağır Cinayətlərə dair Məhkəmə M.Hüseynovu 6 il müddətinə azadlıqdan məhrum etmişdir. Bundan əlavə o, iki il ərzində jurnalist fəaliyyəti ilə məşğul ola bilməz. Apelyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını beş ilə qədər endirmişdir. Ötən il iyulun 24-də MTN əməkdaşları tərəfindən həbs olunmuş jurnalistə 311.1 maddəsi ilə (rüşvət alma) ittiham irəli sürülmüşdür.

day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO