Noyabr ayının 19-dan 23-dək İran İslam Respublikasının Məşhəd şəhərində Çap və bağlama sənəti üzrə I Beynəlxalq sərgi keçiriləcək. Tədbir İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə düzənlənir.
Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri – nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi İntiqam Hümbətov, “Ozan” nəşriyyatının direktoru Asif Rüstəmli, Kitabxana kollektorunun direktoru Xavər Murtuzayeva, “Kür-Araz” nəşrlər evinin baş direktoru Rəhilə Quliyeva, “Nağıl evi” nəşriyyatının direktoru Ələddin Əsədov, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Efendi” MMC-nin müdiri, “Mədəniyyət” kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mütərcim” nəşriyyatının direktoru Telman Cəfərov təmsil edəcəklər.