Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova “Media forum”a deyib ki, “Amnistiya aktı haqqında” qanun layihəsi cəzası o qədər yüngül olmayan, cəzasının bir hissəni çəkən, şərti cəza alan, cərimə ilə cəzalandırılan və digər kateqoriyalı 9 min şəxsin cəzadan azad olunmasını nəzərdə tutur.
Bundan əvvəl parlament Mehriban Əliyevanın 2007-ci ilin mayında təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsini qəbul etmişdi. Həmin qanunverici təşəbbüs 9 minə yaxın insanı əhatə etmiş, 1500 məhbusun azadlığa çıxması ilə nəticələnmişdi.
«Media forum»