Azərbaycan ictimai-siyasi sferasında tanınmış və yüksək hörmət sahibi olan insanlardan biri də “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevdir. Heç bir partiyada təmsil olunmayan M. Əliyev bundan sonra partiya və ya siyasi təşkilat yarada bilərmi?
Bu barədə Modern.az saytının suallarını cavablandıran M. Əliyev bildirib ki, heç zaman siyasi fəaliyyətlə məşğul olmağı düşünməyib.
“Mənim indiki statusumu dəyişmək fikrim yoxdur. Jurnalistikadan gedəndən sonra hər şeyi bitirəcəyəm və ictimai-siyasi işlərlə məşğul olmayacağam”.
O qeyd edib ki, müxalifətin beyin mərkəzlərinin tədbirlərində ekspert qismində çıxış edir. “Partiya çərçivələri mənim fəaliyyətimi məhdudlaşdırmır. Vaxtı ilə mənə partiyalarda yüksək vəzifə tutmaq üçün təkliflər olub. Azərbaycanda hər bir partiya məni öz sıralarında görmək istəyir”.
Qeyd edək ki, M. Əliyev Milli Şuranın üzvüdür.