Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada Avropa Şurasının “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin medianın özünütənzimləmə ilə məşğul olan qurumlarının vahid informasiya şəbəkəsinin yaradılmasına yönələn diskussiyalarına qatılıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müzakirələrin yekunu olaraq bu məkana daxil olan ölkələrdə özünütənzimləmə ilə əlaqədar şəbəkənin yaradılmasına dair anlaşma Memorandumu imzalanıb, qurumun ali orqanı olan Baş Assambleyanın tərkibi, eləcə də onun icra aparatı formalaşdırılıb.

Şəbəkənin məqsədləri içərisində bura daxil olan ölkələrdə etik jurnalistikanın, keyfiyyətli və peşəkar kütləvi informasiya vasitələrinin dəstəklənməsi və mövcud istiqamətdə təcrübə mübadiləsinin aparılması başlıca yer tutur.

Qeyd edək ki, şəbəkəyə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Tacikistanın özünütənzimləmə ilə bağlı media qurumları daxildir. Onların rəhbərləri qurumun Baş Assambleyasının və Katibliyinin tərkibində təmsil olunurlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO