Medianın durumuna dair beynəlxalq hesabat hazırlanacaq

Medianın durumuna dair beynəlxalq hesabat hazırlanacaqNoyabrın 6-dan 11-dək Berlində (Almaniya) Avropa Birliyinin “Şərq-tərəfdaşlıq proqramı”na daxil olan ölkələrin (Ukrayna, Moldova, Belarusiya, Gürcüstan, Ermənistan, Azərbaycan) media qurumlarının toplantısı keçirilib. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təşəbbüsü ilə keçirilən toplantıda Azərbaycanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və İctimai TV-nin Həmkarlar Komitəsindən Elnur Əliyev təmsil edblər.
JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, tədbirin məqsədi Avropa Birliyinin “Şərq tərəfdaşlıq proqramı”na daxil olan ölkələrdə medianın vəziyyətinə dair hesabatların dinlənilməsi, problemlərin təsnifatlaşdırılması və çıxış yollarına dair müzakirələrin aparılması olub: “BJF-nin qed edilən ölkələr üzrə təmsilçilərinin hər biri təmsil etdikləri ölkələrdə söz azadlığının inkişafını əngəlləyən məqamlar, keçirilməsi zəruri olan islahatlar barədə məlumat verdilər. Sonra qərara alındı ki, bu hesabatlar rəsmi sənəd halına salınaraq BJF-yə təqdim edilsin, daha sonra dünya ictimaiyyəti üçün açıqlansın”.
JuHİ sədri qeyd edib ki, daha öncə belə bir hesabat “Böyük iyirmilik” çərçivəsində əhatə olunan dövlətlərdə hazırlanıb. Təəssüf ki, hazırlanmış sənəd, acınacaqlı durumu ortaya qoyub: “Toplantıda belə bir tezis səsləndi ki, hazırda ümumilikdə dünya üzrə media azadlığı məsələsi qənaətbəxş deyil. Media üzərinə daim edilən basqılara, yaşanan sıxıntılar sırasına indi iqtisadi böhranın təsiri də əlavə olunub. Müstəqil medianın xilası üçün təcili tədbirlər görülməlidir”.
M.Ələsgərli bildirib ki, BJF qeyd edilən ölkələrdə üzvü olan həmkarlar təşkilatlarının möhkəmləndirilməsi baxımından da əhəmiyyətli proqram hazırlayıb. Bu proqramın mahiyyəti yaxın vaxtlarda açıqlanacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO