Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Jurnalistlər Şəbəkəsi-nin“MediaMən” Jurnalistika Məktəbi layihəsində təlimlərə start verilib.
SalamNews-un məlumatına görə, təlimin birinci günündə Azərfoto İnformasiya Agentliyinin rəhbəri Jeyhun Abdulla fotojurnalistika ilə bağlı bilik və təcrübəsini iştirakçılarla bölüşüb.
Qeyd edək ki, bu layihə Azərbaycan Jurnalistlər Şəbəkəsi İB (AJN) və Gənclər üçün Təhsil MərkəziİB (GTM) Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə həyata keçirlir. “MediaMən” layihəsi jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar öyrədir.
İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Layihədə əsasən foto, qəzetçilik, radio, televiziya və onlayn jurnalistika dair təlimlər təşkil olunur. “MediaMən” layihəsində aktiv olan iştirakçılara təlimlərin yekununda sertifikatlar veriləcək.
Layihənin informasiya dəstəkçiləri Trend İnformasiya Agentliyi, “Kaspi” qəzeti, Modern.az saytı və Azərfoto İnformasiya Agentliyidir.
– See more at: http://salamnews.org/az/news/read/124850#sthash.KV3IOysc.dpuf