Mediada Qarabağla bağlı dərc olunan yazıların monitorinqi aparılıb

AMŞ Dağlıq Qarabağ münaqişəsindən bəhs edən materialların monitorinqi ilə bağlı layihənin icrasını davam etdirir. İcrasına bu il martın 1-dən başlanılan layihənin rəhbəri Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

AMŞ-dən SalamNews-a bildirilib ki, layihə çərçivəsində 17 qəzet və 21 onlayn media orqanının gündəlik materialları nəzərdən keçirilməkdədir. Prosesdə KİV-lərin Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə yer ayırmasına xüsusi diqqət yetirilir.

Martın ayının yekunlarına əsasən, monitorinqi aparılan KİV-lərdə Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərc olunub. Yazılardan 840-nın (80,2%) online mediada, 208-nin (19,8 %) isə mətbuatda yer aldığı müəyyənləşdirilib.

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən «Üç nöqtə» qəzeti olub. Online mediada isə ilk üçlükdə APA, AzərTAc və Musavat.com saytları yer alıb.

Yazılarda nəzərəçarpacaq meyl Dağlıq Qarabağ münaqişəsinin adının Krımda baş verən olaylar kontekstində çəkilməsidir (13,0 faiz). Materialların 12 faizi ATƏT-in Minsk qrupu və digər qurumların Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə həsr olunub. Digər mövzulara isə 18,0 faiz yer verilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin medianın diqqət mərkəzində saxlanmasının stimullaşdırılmasına hesablanmış layihə çərçivəsində monitoriqn növbəti aylarda da davam etdiriləcək.

– See more at: http://salamnews.org/az/news/read/121757#sthash.hTD7oU5t.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO