Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşları tərəfindən ali məktəblər üçün hazırlanan “Mədəniyyət tarixi və nəzəriyyəsi” adlı dərsliyin təkmilləşdirilmiş ikinci nəşri işıq üzü görüb. Mədəniyyətin nəzəri problemlərini və dünya mədəniyyətinin əsas dövrlərini əhatə edən dərsliyin elmi redaktoru Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Humanitar və ictimai elmlər” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, filologiya elmləri namizədi, professor Validə Məmmədovadır.