Azəbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyətinin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalının baş proqram direktoru Danial Aşurbəyov tutduğu vəzifədən azad edilib.
Modern az saytının əldə etdiyti məlumat görə, D.Aşubəyov bir neçə gün əvvəl işdən çıxarılıb.
Xəbəri dəqiqləşdirmək üçün AzTV ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məsələ ilə əlaqədar olaraq hər hansı məlumat vermək istəmədi. O, bildirdi ki, bu televiziyanın daxili işidir və bu barədə məlumat yayılmır.
Danial Aşubəyovun yerinə kiminsə təyin olunub-olunmamasına gəlincə X.Qasım bu barədə də məlumat vermədi.
D.Aşurbəyov “Mədəniyyət” kanalından öncə AzTV-də Proqram direksiyasının direktoru vəzifəsində çalışıb. “Mədəniyyət” kanalı fəaliyyətə başlayanda isə onu burada baş proqram direktoru vəzifəsinə gətiriblər.
“Mədəniyyət” kanalı 2011-ci il fevralın 14-də fəaliyyətə başlayıb.
Modern.az