Belə ki, seçki məntəqəsində olan jurnalistlər – Tatev Mesropyan, Qoar Vəziryan və Marine Xaratyan adıçəkilən məntəqədə hakimiyyətdə olan Respublika partiyasından deputat seçilən Levon Sarqasyanı görüblər və onun burada nə etdiyini soruşublar.
Cavabinda o, “öz işimdi, istəyirəm, dururam” deyib. Və bundan sonra öz cangüdənlərinə jurnalistləri burdan aparmağı tapşırıb. Cangüdənlər jurnalistlərin üstünə bərk qışqırıb və onlara zərbələr endiriblər. Tatev Mesporyanın telefonunu götürüblər, lakin onun diktofon olmadığını aydınlaşdırandan sonra geri qaytarıblar.
Marine Xaratyanın diktofonu əlindən alınıb, Qoar Vəziryanın qarnına isə təpiklə vurublar.
İnsidentdən sonra Levon Sarqasyan cangüdənləri ilə seçki məntəqəsini tərk edib, polislər isə jurnalistləri məntəqədən çıxarıblar.
www.vesti.az