Martın 2-də Elmar Hüseynovun anım günüdür

Onun sözlərinə görə, həmkarları və yaxınları gələn bazar ertəsi saat 16-da E.Hüseynovun qəbrini ziyarət edəcəklər. Hər hansı başqa tədbir planlaşdırılmayıb.

E.Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan ictimai qurum – fond yaradılıb. Fondun rəhbəri mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynovadır. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO