MƏŞHUR APARICI ANS-dən AYRILDI Show.az xəbər verir ki, “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu ANS-dən ayrılıb. Ayrılma səbəbi məlum olmayan teleaparıcı, yeni sezondan ATV telekanalında aparıcılıq edəcək. Onun aparacağı veriliş, əyləncə mövzusunda olacaq. Qeyd edək ki, “Günəbaxan” verilişini yeni mövsümdə teleaparıcı Kamran Həsənli aparacaq.