Mətbuat Şurasında “dəyirmi masa” keçiriləcək

Azərbaycan Mətbuat Şurasında fevralın 27-də “Onlayn media: peşəkarlıq və məsuliyyət” mövzusunda “dəyirmi masa” keçiriləcək.
Симпатяжка на кастинге у ВудманаŞuradan SalamNews-a verilən xəbərə görə, tədbirdə Mətbuat Şurasının elan etdiyi “İnternet media ili” çərçivəsində nəzərdə tutulacaq işlər barədə məlumat veriləcək, eyni zamanda internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrimizdəki mövcud peşəkarlıq xüsusiyyətlərinə, internet media ilə bağlı qlobal miqyasdakı təzahür formalarına diqqət yetiriləcək.

Tədbirdə MŞ İdarə Heyətinin üzvləri, onlayn xəbər portallarının baş redaktorları, kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin jurnalist təşkilatlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak edəcək.

– See more at: http://salamnews.org/az/news/read/116323#sthash.5K52aM5Z.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO