Mətbuat Şurası qurultay keçirir – Azərbaycan jurnalistlərinə əlavə hüquqlar verilir

Azərbaycan jurnalistlərinin VI qurultayı öz işinə başlayıb. Qurultay iştirakçıları öncə Fəxri Xiyabanı ziyarət ediblər. Daha sonra qurultayda iştirak etmək üçün qeydiyyat başlayıb.

Modern.az-ın məlumatına görə, qurultaya Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları ilə bağlı yeni variant təklif olunub. Yeni varinata əsas jurnalistlərə informasiya əldə etmək, hazırlamaq üçün yeni imkanların verilməsi nəzərdə tutulub.

Belə ki, diqqət çəkən məqam ondan ibarətdir ki, indiyə qədər jurnalist informasiya əldə etmək üçün gizli çəkilişlərdən istifadə edə bilməzdi. Amma yeni təklif olunan variantda bəzi dəyişikliklər təklif olunur.

Maddə 2.4-də qeyd olunub ki, müstəsna hal kimi digər imkanlar mövcud olmadıqda ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün jurnalist xüsusi avadanlıqlardan (gizli kameralar, gizli mikrafonlar və digər vasitələrdən və üsullarından qurama kimlikdən) istifadə edə bilər.

Maddə 2.5. jurnalist məlumatların əldə edilməsi məqsədi ilə hədələməyə yol verməməlidir.

Qurultaya təklif olunan digər dəyişikliklər isə bundan ibarətdir:

Jurnalistlərin özünün və çalışdığı orqanın reputasiyasının qorunması ilə bağlı Maddə 4-ə artıq internet media vasitələri də əlavə edilib.

4.6-da plaqiat yolverilməzdir.

Vəsaitin ödənilməsi məsələsilə bağlı təklif olunan dəyişikliyə əsasən informasiya əldə etmək üçün KİV orqanları, məsələn internet portalları zərurət olmadıqca informasiya mənbələrinə pul ödəməməlidir. Lakin ictimaiyyətin əldə etmək hüququnun olduğu informasiyanı toplayarkən zərurət olduğu hallarda ödənişlərin həyata keçirilməsi müvafiq reportajda göstərilməlidir.

Bu dəyişikliklər qurultayın müzakirəsinə çıxarılacaq, onlar ATƏT və Mətbuat Şurasının birgə layihələri əsasında təkmilləşdirilib.

Qeyd edək ki, bu sənədlər 2003-cü ilin martın 15-də Azərbaycan jurnalistlərinin qurultayında qəbul edilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO