Mətbuat Şurası jurnalist Ələsgər Cabbarovu Fəxri Fərmanla təltif edib

Mətbuat Şurasında (MŞ) qocaman jurnalist Ələsgər Cabbarovun 80 illik yubileyi qeyd olunub.

SalamNews xəbər verir ki, tədbirdə MŞ-nın üzvləri, jurnalistin keçmiş iş yoldaşları iştirak ediblər. Yubileyi giriş sözü ilə açan MŞ-nın sədr Əflatun Amaşov Ə.Cabbarovu təbrik edib və yaradıcılığından danışıb. MŞ sədri jurnalistika sahəsindəki fəaliyyətini qiymətləndirərək, onu Fəxri Fərmanla təltif edib.

Digər natiqlər yubilyarın fəaliyyətindən, keçdiyi mənalı həyat yolundan söhbət açıblar.

– See more at: http://az.salamnews.org/az/news/read/74703/metbuat-shurasi-jurnalist-elesger-cabbarovu-fexri-fermanla-teltif-edib/#sthash.mvGqHtOC.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO