Mətbuat Şurası: “Azərbaycanda reklam bazarını tənzimləyən bir quruma ehtiyac var”

“Bu gün Azərbaycanda reklam bazarını tənzimləyən bir quruma ehtiyac var. Mətbuat Şurası bu məsələ üzərində düşünür. Adı, formatı müxtəlif ola bilər. Ancaq belə bir qurum olmalıdır”. 

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyib. O, reklamla bağlı hər hansı qurumun yaranması üçün Mətbuat Şurasında cəhdlər olduğunu qeyd edib.

İcraçı katib eyni zamanda bildirib ki, bütün mətbuat orqanlarının Mətbuat Şurasında təmsil olunması mütləq deyil: 

“Mətbuat Şurası hazırda ölkədə olan heç də bütün media qurumlarını təmsil etmir. Yeniləri yaranır, inkişaf keçir və yaxud da tənəzzülə uğrayır. Azad media mühitidir. Mətbuat Şurasında təmsil olunmaq kimlərinsə öz istəyidir. Kimsə də sərbəst fəaliyyət göstərirsə, buna da nə qadağa, nə də ki irad var. Təbii ki, onlar da mətbu orqan adlanmalıdır. Əslində Mətbuat Şurası etik prinsiplərə nə dərəcədə əməl olunmasının monitorinqini aparır, lazım olanda şikayətlər əsasında ictimai qınaqlara cəlb edir. Bu mənada bütün mətbu orqanların Mətbuat Şurasında təmsil olunması zəruri və məcburi deyil. Sadəcə arzu edərdim ki, Şurada təmsil olunmadan da yüksək səviyyəli mətbu nümunələr ortaya qoysunlar”.   

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO