Mədəniyyət və Turizm nazirliyinin diqqətinə!

Ermənilər Xocavənd rayonunda muzey açacaqlar
Erməni mənbələrinin yaydığı məlumatda deyilir ki, Xocavənd rayonun Tuğ kəndində ermənilər tarixi mədəni qoruğun yaradılması ideyası ilə çıxış ediblər. Qoruğun tərkibində muzey də fəaliyyət gostərəcək. Qoruq kəndin 12,6 hektar ərazisini əhatə edəcək. Məliklər sarayı və Müqəddəs İoann kilsənin də daxil olduğu ərazidə, həm də etnoturizm mərkəzi yaradılacaqdır. Cari ildə gercəkləşdiriləcək layihənin əsas məqsədi yerli tarixi abidələrin aşkarlanması, öyrənilməsi və təbliği göstərilir. Tug kəndinin qərb ərazisindəki qədim məhəllələrdə bərpa edilərək turizm marşrutlarna daxil ediləcəkdir. Qondarma respublikanın rəsmiləri ötən ilin dekabrında bu qərara gəliblər. Порево с уличной девкой
Tuğ – Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində qədim kənddir. Kənddə əsasən azərbaycanlılar və erməniləşdirilmiş albanlar yaşayırdılar. Əhalisinin sayı 2000 nəfər olub. Əhalisi üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdular.
Kənddə 130 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana və s.var idi. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var idi. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.
1991-ci il oktyabr ayının 30-31 nə kecən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Tuğ sözü-əski türk dilində bayraq dеməkdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO