Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və “Kaspi” qəzeti “İlham Əliyev: “Mən jurnalistləri vətənpərvərliyə çağırıram” adlı kitab nəşr edib.
Kitabda prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamından iyul ayının 22-nə – Milli Mətbuat gününə qədər dövlət səviyyəsində görülmüş tədbirlər Azərbaycan və ingilis dillərində oxuculara çatdırılıb.
Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur.