Lavrov Putinin Yerevan səfərinə aydınlıq gətirdi

Rusiya həm Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını, həm Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını, həm də Ermənistan-Azərbaycan münasibətlərinin qaydasına düşməsini istəyir və bunun üçün çox şey edir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sputnik”, “Exo Moskvı” və “Qovorit Moskva” radiolarına müsahibəsində deyib.

Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfəri barədə sualı şərh edən nazir vurğulayıb ki, bu səfərə kiminləsə münasibətləri korlamaq niyyəti kimi baxmaq düz deyil.

Nazir ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanıyıb-tanımayacağı barədə təxmin yürütməyəcəyini vurğulayıb: “Bu onların öz qərarlarıdır. Hər bir ölkə müstəqil qərar qəbul edir. Biz çoxdan bu barədə qərar qəbul etmişik. Bildiyim qədər, bir çox ölkələr belə qərar qəbul ediblər. Kütləvi cinayətin qurbanlarının xatirəsini yad etmək kimlərləsə, o cümlədən bu cinayətin baş verdiyi ölkədə fəaliyyətdə olan hökumətlə münasibətləri pozmaq kimi qəbul edilməməlidir. Sizə İkinci Dünya müharibəsindən sonra Avropadakı sülhü, Rusiya və Almaniya, Fransa və Almaniya arasındakı sülhü misal gətirə bilərəm. Buna çoxlu misallar var”.

O, əlavə edib ki, Kreml Türkiyə və Ermənistan münasibətlərinin yaxşılaşdırılması, iki ölkə arasındakı protokolların ratifikasiya edilməsini vacib sayır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO